Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

Sahil Babayev Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb

18:44  |    17 May 2019  |   E-mail  |  Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.
S.Babayev vətəndaşlarla görüşündə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. Nazir əmək, məşğulluq, sosial təminat sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.
Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunvericiliyə uyğun izahatlar verilib. Bir sıra vətəndaşların müraciətlərə uyğun olaraq onlara vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına və peşə hazırlığına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyata alınıblar. Digər müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Mətin Kərimli Lənkəran rayonunda, Anar Kərimov isə Masallı rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Eləcə də vətəndaşların sosial təminat növlərinə hüququn müəyyən olunması, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, məşğulluq xidmətləri və s. barədə sorğuları cavablandırılıb, ayrı-ayrı müraciətlər araşdırılmaq üçün qeydiyyata alınıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanda 660 min nəfərin pensiyası artacaq
18.06.2019
Daha 687 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
14.06.2019
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib
13.06.2019
500 əlilə dayanıqlı biznesə yiyələnmək imkanı yaradılacaq
12.06.2019
“O söz Raqufun ürəyinə yaman dəymişdi...” – Şəhid xanımı ilə QIZ-QIZA