Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Ermənini müsəlman edən ilahiyyatçıdan ittihamlara cavab

18:40  |    16 May 2019  |   E-mail  |  Çapa göndər


Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğlu verilişində islam dinini qəbul edən 13 yaşlı erməni oğlanla bağlı açıqlama verib.

AzVision.az -ın məlumatına görə, din xadimi erməni ailənin iddialarını yalanlayıb, bildirib ki, 13 yaşlı Artur valideynlərinin razılığı ilə müsəlmanlığı qəbul edib.
“Erməni oğlanın dinini dəyişdirməsi üçün onun anasından və ögey atasından icazə alınıb. Ancaq onlar təzyiqlərlə üzləşdiklərindən fikirlərini dəyişdiriblər. Guya icazə vermədiklərini iddia edirlər. Həmin gənc öz istəyi və ailəsinin razılığı ilə müsəlmanlığı qəbul edib”, - deyə N.Hatipoğlu vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğlunun verilişində 13 yaşlı oğlan dinini dəyişib. Canlı yayımda erməni əsilli olduğunu deyən Artur adlı yeniyetmə xristianlıqdan imtina edib və "Kəlimeyi-Şəhadət" gətirərək müsəlman olub.

İlahiyyatçı 13 yaşlı oğlanın ailəsinin razılığı ilə dinini dəyişdiyini deyib. Bundan başqa, o, yeni isminin Nihat olduğunu söyləyib. Bu məsələ Türkiyə və Ermənistanda geniş müzakirələrə səbəb olub və uşağın anası erməni KİV-lərinə açıqlama verib.

Alina adlı erməni qadın oğlunun müsəlmanlığı qəbul etməsindən xəbərsiz olduğunu, bu işdə onun razılığının alınmadığını deyib.

"Uşağım müsəlman ola bilməz. Biz erməniyik, xristianıq. Belə olacağını bilsəydim, verilişə oğlumla birlikdə gedərdim. Mənim xəbərim olmayıb. Artur suriyalı dostunun dəvətilə ora gedib. O,uşaqdır, səhv edib. Müsəlman olmadı, həm də sünnət olmayıb. Axı biz erməniyik, oğlum müsəlman ola bilməz", - deyə qadın etirazını bildirib.

HDP-li deputat Qaro Palyan erməni ailənin şikayəti əsasında rəsmi qurumlara müraciət ünvanlayıb, Nihat Hatipoğlunun və telekanalın cəzalanılmasını tələb edib.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
İsrail səhvən öz təyyarəsini vurdu
22.08.2019
Putindən əməliyyat əmri: Ankara itirilir?
22.08.2019
Petrosyandan həmlə: rusofoblar Ermənistan XİN-i ələ keçirir
22.08.2019
ABŞ Qafqaza girir: Kremlin cavabı... - Ekspert
22.08.2019
Moskvada anti-erməni kampaniyası