Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6593

Digər sorğular

Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu

17:32  |    16 May 2019  |   E-mail  |  Çapa göndər


Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

Axşam.az xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Ümummilli liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Dövlət başçısı hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət xadimlərinin uğurlu fəaliyyətindən xəbər verir”.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətləri vurğulanıb. Ə.Qarayev daha sonra deyib:

“Sevindirici haldır ki, bu gün iki ayrı sahənin əməkdaşlarına mükafatlar təqdim edirik. Xalq artisti Hacı İsmayılov Azərbaycanın sevilən aktyorlarından biridir. Onun teatrda, kinoda yaratdığı obrazlar öz unikallığı ilə fərqlənir. Rollarının hər birinin məxsusi xarakteri var. Əməkdar artist Yadigar Muradov uzun illərdir Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik edir və kollektiv maraqlı tamaşalar hazırlayır. Ötən ilin sonlarında teatrın binası yenidən qurularaq kollektivin istifadəsində verildi. İnanırıq ki, çox da uzaq olmayan bir vaxtda bu teatr öz doğma məkanında – Şuşada öz fəaliyyətini davam etdirəcək. “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvləri Balakişi Qasımov və Elman Talıbov Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil edirlər”.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və “Tərəqqi” medalına layiq görülmüş Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30.11.2019
Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO-VİDEO
30.11.2019
"Özbəkistandan sevgilərlə" adlı konsertdə İlham Əliyev haqqında möhtəşəm sözlər- VİDEO
28.11.2019
“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına
25.11.2019
Rafael Dadaşovun utanmadan danışdığı yalan - Video