Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6439

Digər sorğular

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Baş Katibi ilə nazirlikdə görüş olub

17:18  |    13 May 2019  |   E-mail  |  Çapa göndər


Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 14-16 may tarixlərində Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş BSTA-nın Baş Katibi Marselo Abi-Ramia Kaetano ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verib. O, Azərbaycanda aparılan siyasətin mərkəzində insan amilinin dayandığını qeyd edib, güclü sosial siyasətə malik ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial təminatın gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Nazir əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, yeni yaradılan DOST Agentliyi və ilk DOST mərkəzi, DOST konsepsiyasının mahiyyət və məqsədləri haqqında BSTA-nın Baş Katibini məlumatlandırıb.
Sosial təminat sahəsində aparılan islahatlar kontekstində Azərbaycanın BSTA ilə fəal əməkdaşlığından bəhs edən S.Babayev ötən dövrdə ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini deyib. O, Avropa Regional Forumunun Avropa ölkələrində sosial təminat sistemlərinin inkişafı ilə bağlı birgə müzakirə və təcrübə mübadilələrin aparılmasında xüsusi önəmini qeyd edib. Nazir Forumun Azərbaycanda keçirilməsi barədə BSTA-nın qərarından, həmçinin BSTA-nın “Avropa üçün Yaxşı Təcrübə 2019” müsabiqəsində ölkəmizdən də bir sıra mühüm sosial proqramların xüsusi mükafat və təltiflərə layiq görülməsindən məmnunluğunu bildirib.
M.A.R.Kaetano Azərbaycana səfərə gəldikdən sonra qısa müddətdə artıq xoş təəssüratlara malik olduğunu deyib. O, ölkəmizin milli sosial təminat sistemində aparılan islahatlarda BSTA ilə geniş müstəvidə əməkdaşlıq etməsinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BSTA arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, pensiya islahatında dəstək, praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Müdafiə naziri Türkiyə HDQ-nin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20.08.2019
Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü
20.08.2019
Kremldən Paşinyana şillə kimi qərar - Patruşev gedən kimi...
19.08.2019
Qənirə Paşayeva Vyetnamın fəal qadınları ilə görüşüb
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”