Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub

15:35  |    13 May 2019  |   E-mail  |  Çapa göndər


Cəlilabadda polislə narkotacirlər arasında atışma olub.

“Report” xəbər verir ki, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu “Hundai” markalı avtomobili saxlayıb.

Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşad Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulub. Onlardan heroin götürülüb.

Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər “Hundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq maşını sürərək uzaqlaşıb.

Şirraslan adlı həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs atəşin ona tərəf açıldığını düşünərək üzərindəki silahdan havaya bir neçə dəfə atəş açıb və maşını sürərək hadisə yerini tərk edib. O, bir qədər irəlidə avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Bakıda maşından polislərə atəş açıldı
17.01.2020
Diplomatımız erməni mahnısı oxuyan azərbaycanlı müğənniyə şillə vurdu - Gürcüstanda
17.01.2020
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var
16.01.2020
Polis rəisinin müavini vəzifə başında vəfat etdi
16.01.2020
Abşeronda ər-arvadın dəm qazından boğulması faktı ilə bağlı cinayət işi başlanıb