Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

Davudoğludan sərt mesaj: Xəyanət edənlər...

22:19  |    12 May 2019  |   E-mail  |  Çapa göndər


Yeni partiya qurmaq istiqamətində planlı fəaliyyət göstərən Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu TRT-1-də yayımlanan “Paytaxt Abdulhəmid” serialındakı bir epizodda ona və sabiq Prezident Abdullah Gülə mesaj verilməsi barədə iddialara cavab verib.

Strateq.az xəbər verir ki, o, serialda ona və Abdullah Gülə yönələn mesajdan təsirlənmədiyini deyib:

“Məni, əslində, bu çox narahat etmədi. Amma dünən və bu gün bir şox həmyerlimdən, dostumdan aldığım mesajlar gərəyi ilə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bu günlərdə həmin serialla bağlı bir epizod daha çox müzakirə edilir. Həmin epizodda üstüörtülü şəkildə xain çevrələrin etdiyi əməllərə mesaj verildiyi iddia olunur. Sultan Abdulhəmidin dilindən sabiq millət vəkillərinə, sabiq dövlət vəzifəlilərinə yönəlik mümkün olmayacaq sözlərlə günlük siyasətə bir ismarış göndərilir.

Mən belə şeyləri heç bir zaman ciddiyə almadım. Bu şəkildə mesajların da dövlət və cəmiyyət əxlaqı baxımından doğru olmadığına inanıram. Ancaq mənə o qədər çox mesaj gəldi ki… Kədərini ifadə edən, hətta bir dostumzun telefonda ,“Necə olur sizlərə belə mesaj verilir?” – deyə ağladığına şahid oldum. Odur ki, deyirəm: əgər Sultan Abdulhəmidin mirasına sahib çıxacaq birisi varsa, ən çox biz sahib çıxarıq. Gün gələr, kimin mirasa daha çox sahib çıxdığı da, xəyanət etdiyi də açıq görünər”.

Xatırladaq ki, serialda Sultan Abdulhəmdin dili ilə “Gül ağacına su verərik, lakin su həm gülə yarar, həm də tikana. Yanımızda-yörəmizdə su verdiklərimiz tikan olmaya meyillənmişsə, sonunda mütləq budayarıq”, – ifadələri səslənib.

Türkiyə siyasiləri isə bu ifadəni məhz AKP-nin qurucularından olan, lakin son illər bu partiyadan kənarlaşmış sabiq Prezident Abdullah Güllə sabiq Baş nazir Davudoğluna göndərilmiş bir mesaj olaraq yozurlar.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.08.2019
Türkiyə "Pəncə- 3" əməliyyatına başladı
24.08.2019
Türkiyə Osmanlı xəyallarını kənara qoysun - Suriyalı deputat
23.08.2019
Putin və Ərdoğan arasında telefon danışığı baş tutub - VİDEO
23.08.2019
ABŞ-dan Türkiyəyə pis xəbər: təklifi geri götürdü
23.08.2019
Aleksey Navalnıy azadlığa buraxılıb