Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6593

Digər sorğular

“Ölümü heç nəyi dəyişmir, ancaq ağrı verir” – Dahi bəstəkarı ürəkağrısı ilə xatırladılar

21:42  |    12 May 2019  |   E-mail  |  Çapa göndər


Mədəniyyət insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərdir.

Musiqi isə mədəniyyətin ayrılmaz hissəsidir. Azərbaycan mədəniyyətinə bir neçə gün öncə ağır itki üz verdi. Azərbaycanın xalq artisti, bəstəkar-rəssam Arif Məlikov vəfat etdi. Onun ölümü sənət dünyasını yasa boğdu. Məşhur müğənnilər, sənət adamları xalq artisti ilə bağlı xatirələrini bölüşdü, onun yoxluğunun mədəniyyətimizdə böyük boşluq yaradacağını dilə gətirdilər.

Heç kəsə sirr deyil ki, son illər Azərbaycan musiqisi uçuruma gedir. Peşəkar bəstəkar, şair və söz yazarlarına az-az müraciət olunur. Təbii ki, onlar da, bu “diqqət”dən inciyirlər, küsürlər. Çünki artıq bayağı, ara musiqilər dəbdədir. Musiqili meyxanalar gəncləri məst edir. Ona görə də əksər müğənni və “müğənni”lər musiqidən uzaq, şıkıdı-şıkıdı mahnılara üstünlük verir. Bəlkə, onlar heç Arif Məlikovu da tanımırlar.

Musavat.com müğənnilər arasında sorğu keçirib. Onlara “Arif Məlikovun ölümü mədəniyyətimizdə nələri dəyişəcək və tənəzzülə uğrayan musiqi aləmi bu yoxluğu hiss edəcəkmi” sualı ilə müraciət edib.

Xalq artisti Gülyanaq Məmmədova bildirib ki, A. Məlikovla son görüşü Heydər Əliyev Sarayında keçirilən yubiley mərasimində baş tutub: “Mədəniyyət Nazirliyi ilə Azərbaycan Dövlət Televiziyası birlikdə onun yaradıcılıq gecəsini keçirdi. Çox xoşbəxtəm ki, mən də o gecədə səhnəyə çıxdım. Arif Məlikovun yaradıcılığını sevirəm. Onun mahnılarını ancaq peşəkar müğənnilər ifa edə bilər. Onun əsərləri çətin və gözəldir. Deyə bilmirəm ki, onun vəfatı nəyisə dəyişəcək. Çünki Arif Məlikov bir daha dünyaya gəlməyəcək. Düzdür, Azərbaycan xalqı çox istedadlıdır, musiqi duyumu olan, peşəkar bəstəkarlar hər dövrdə var olub. Amma A. Məlikovdan bir daha olmayacaq, onun əsərləri dünya şöhrətlidir. Azərbaycanlı olaraq, onun kimi bəstəkarımız olduğu üçün fəxr edirəm. İnanıram ki, peşəkar bəstəkarlarımız yetişəcək. Amma onun yerini heç kim tutmayacaq. Hər kəs özünəməxsusdur. Hazırda sənətinə, özünə dəyər verən müğənnilər peşəkarlara müraciət etməlidir. Hazırda yazılan bəzi mahnıları anlamırıq, onları sənət nümunəsi kimi qəbul etmirik. Mən köhnə mahnıları yeni aranjemanda ifa edirəm. Əvvəlki mahnılar kimi mahnılar yazılmır. İndi yazılan mahnılar 1 aya unudulur. Gənclər peşəkarlığa doğru getməlidir. Onlar buna çalışmalıdır”.

Əməkdar artist Lalə Məmmədova bildirib ki, Arif Məlikovu başqa bəstəkarlarla müqayisə etmək olmaz.

“Arif Məlikovun haqqında danışmağa mənim haqqım çatmır. Onu peşəkar belə olsa, başqa bəstəkarlarla müqayisə etmək olmaz.

Azərbaycan bəstəkarlıq məktəbinin dahilərinin sonuncu nümayəndəsi idi. Düzdür, onun Pikə Axundova, Ceyhun Allahverdiyev, Vasif Allahverdiyev kimi bəstəkar tələbələri var. Xüsusilə, Ceyhun Allahverdiyev son günə qədər onun yanında idi. Arif Məlikovun ölümü təəssüf ki, heç nəyi dəyişmir, ancaq ağrı verir. Onu əvəz edəcək insan yoxdur. Mən onunla görüşmüşəm, yaradıcılıq gecələrində səhnəyə çıxmışam. Sonuncu görüşümüz konservatoriyada oldu, birlikdə şəkil çəkdirdik. O bir işıq idi. 2011-2012-ci ildə buraxdığım albomda onun kino filmlər üçün yazdığı mahnılar yer almışdı, diskimi də hədiyyə etmişdim. O Azərbaycan bayrağını ölkə hüdudlarından da kənarda qaldırıb. O əvəzedilməzdir və kiminlə isə müqayisə oluna bilməz. ”.

A. Məlikovun tələbəsi olmuş, əməkdar artist Elza Seyidcahan qeyd edib ki, Arif Məlikov gözəl tələbələri qalan bir bəstəkar olub: “Arif Məlikovun vəfatı ilə yer üzü kasıblaşdı, göylər zənginləşdi. O körpə uşaq kimi saf qaldı və dahi kimi bəşəriyyətə həkk oldu. Arif müəllim sanki ölməyib əslində. Çünki, ən əsası onun kino filmlərə bəstələdiyi əsərlər, yazdığı baletlər, 8 simfoniyası, mahnı romansları, poemaları və bir çox əsəri onu həmişə yaşadacaq. Arif Məlikov elə bir bəstəkardır ki, onun çox gözəl tələbələri qalıb. Bəzən elə sənətkarlar olur ki, onlar tələbə yetişdirə bilmirlər. Ancaq ,Arif Məlikov heç vaxt heç bir vəzifəyə getməyib. Çünki, tələbələrindən uzaq düşmək istəməyib. Onun həmişə bir şüarı olub. "Mənim üçün ən böyük vəzifə müəllimlikdir". Baxmayaraq ki, dövlətimiz tərəfindən dəfələrlə yüksək vəzifələrə dəvət olunub. Onun, Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Şestakoviçin yetişdirdiyi tələbələrinin ardı gəlir ki, onların arasında mən varamsa, bununla özümü çox xoşbəxt bir insan sanıram. Dünyada elə bir prezident olmayıb ki, öz bəstəkarını son mənzilə çiyinlərində daşısın. Ancaq bizdə olub. 1982-ci ildə Qara Qarayevin cənazəsinin altına ulu öndərimiz Heydər Əliyev girmişdi. Bu gün də, cənab prezidentimiz İlham Əliyev möhtərəm xanımı Mehriban Əliyeva ilə dahi bəstəkarımız Arif Məlikovu son mənzilə yola salmağa 1-ci Fəxri Xiyabana gəldilər. Arif Məlikovun ailəsinə, Esma xanıma, nəvəsi Aminə xanıma, başda Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verib, Allahdan hamımıza səbir diləyirəm. Ruhu şad olsun.

Biz tələbələri də, dahilərimizin qoyduqları, qurduqları ənənəni həmişə, hətta nə qədər çətin olsa belə, qoruyub saxlayırıq və saxlayacağıq”.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30.11.2019
Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO-VİDEO
30.11.2019
"Özbəkistandan sevgilərlə" adlı konsertdə İlham Əliyev haqqında möhtəşəm sözlər- VİDEO
28.11.2019
“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına
25.11.2019
Rafael Dadaşovun utanmadan danışdığı yalan - Video