Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6395

Digər sorğular

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

09:15  |    12 May 2019  |   E-mail  |  Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır.

İmtahanın müddəti 3 saatdır.

İmtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29348 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 24949, IV qrup üzrə 4399 nəfər), 2825 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19438 nəfəri oğlanlar (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12735 nəfəri isə qızlardır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir).

48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 14195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyentin imtahan verəcəyi gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2019
Təhsil naziri əmr imzalayıb
08.07.2019
II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb
08.07.2019
Dövlət İmtahan Mərkəzi ötən il 4 milyon manatdan çox xalis mənfəət əldə edib
07.07.2019
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
04.07.2019
İyulun 7-də 28 699 abituriyent II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək