Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Dövlət Komitəsi: Azərbaycanda qadınların sayı ciddi şəkildə azalıb

23:37  |    11 May 2019  |   E-mail  |  Çapa göndər


"Azərbaycanda bir neçə il öncə qadınların sayı ölkə əhalisinin 51.7 faizini təşkil edirdisə, hazırda bu rəqəm 50.1 faizə qədər enib".

Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, son illər Azərbaycanda qadınların sayı 10 minlərlə azalıb: "Cins nisbətinin pozulması hallarının qarşısının alınması üçün Milli Fəaliyyət Planı hazırlanıb. Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür. Bu da o deməkdir ki, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulub. Ona görə də cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxaracaq".

Şöbə müdiri bu problemlə intensiv şəkildə mübarizə aparılmasının zəruri olduğunu vurğulayıb: "Selektiv aborta birdəfəlik qadağa qoyulsaydı cins nisbəti pozulmayacaqdı və ölkədə artım təbii şəkildə öz axarı ilə inkişaf edəcəkdi. Artımın ləngiməsi isə ana bətnində körpələrin qətlə yetirilməsindən irəli gəlir. Bu da gələcəkdə baş verəcək ciddi problemlərin həyəcan siqnalıdır. Ona görə də bu problemlə intensiv şəkildə mübarizə aparılmalıdır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
Xanımından şəhidimizlə bağlı ürəksızladan sözlər: 17 il ərzində bir dəfə də olsun... - VİDEO
22.08.2019
Sabahın HAVA PROQNOZU - Meteohəssas insanlar üçün əlverişsiz olacaq
22.08.2019
DİN: “Avtomobillərinizdə qiymətli əşyalar saxlamayın!”
22.08.2019
Əbülfəz Elçibəysiz 19 il
22.08.2019
MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib