Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6390

Digər sorğular

Bakıda 38 yaşlı qadın itkin düşüb, tapana mükafat vəd verilib - VİDEO

14:28  |    11 May 2019  |   E-mail  |  Çapa göndər


Bakıda professorun qızı itkin düşüb, onu tapana mükafat vəd olunub.

ONA-nın məlumatına görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

38 yaşlı Hacıyeva Röya Vaqif qızı günorta saatlarında atası Vaqif Hacıyevlə birlikdə Həsən Əliyev küçəsində yerləşən ASAN xidmətin inzibati binasına daxil olublar. Daha sonra qız oradan çıxaraq naməlum istiqamətə gedib. İtkin düşən xanımın atası Vaqif Hacıyev ONA-ya bildirib ki, R.Hacıyeva ruhi-əsəb xəstəsidir. Atası onu bu gün Türkiyəyə müalicəyə aparacaqdı. Bunun üçün də ASAN xidmətdə sənədlərini qaydasına salırmış.

R.Hacıyeva Rusiya Federasiyasının vətəndaşıdır. Onu görənlərdən və ya tanıyanlardan xahiş olunur ki, 050 389 13 39 mobil nömrəsinə məlumat versinlər. R.Hacıyevanı tapana mükafat vəd edilib.

R.Hacıyevanın itkin düşməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib.

Qeyd edək ki, Vaqif Hacıyev Moskva Dövlət Universitetinin proffesorudur.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2019
Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb
04.07.2019
Erməni girovluğundan azad edilən Elvin İbrahimov xəstəxanadan evə buraxılıb
30.06.2019
Qazaxıstanın neft mədənində dava zamanı otuz işçi xəsarət alıb - VİDEO
13.06.2019
Xəzərdə zəlzələ olub
06.06.2019
3 yaşlı qızın itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb