Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Mətbuat Şurası Elmar Hüseynovun qətli ilə bağlı DTX-ya müraciət edib

18:43  |    10 May 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb.

"Report"un xəbərinə görə, müraciətdə deyilir: "Şura 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirib. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media ekspertlərinin və jurnalist birliklərinin təmsilçilərinin qatıldıqları. toplantının iştirakçıları bu qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədən(lər) tezliklə tapılmalı, layiqli cəzalarını almalıdırlar".

Müraciətdə Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir: “Bu mənada müəyyən siyasi qüvvələrin günahkar(lar)ın hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır”.

DTX rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Nazir Rövşən Əkbərovun qohumuna yüksək vəzifə verdi
20.08.2019
Sabahın hava proqnozu açıqlanıb
20.08.2019
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
20.08.2019
Bu ərazilərdə qaz olmayacaq
20.08.2019
Mir Şahinin Gəncə işi ilə bağlı şok dəlilləri - VİDEO