Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6433

Digər sorğular

Gürcüstanlı deputatlar Bakıda bir sıra görüşlər keçiriblər

18:30  |    08 May 2019  |   E-mail  |  Çapa göndər


Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla görüşüblər.

ONA-nın xəbərinə görə, Gürcüstan parlamentinin nümayəndələri Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildiriblər.

Z. Əsgərov Azərbaycan və Gürcüstanın parlament səviyyəsindəki əməkdaşlığının qanunvericilik məsələlərini əhatə etməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, regionda reallaşmaqda olan böyük layihələrin hüquqi münasibətlər sisteminə də təsiri qaçılmazdır: “Bu baxımdan ölkələrin qanunvericiliklərində müəyyən unifikasiya işlərinin aparılması nəzərdən keçirilə bilər. Mövcud istiqamətdə danışıqlar aparılmalıdır”.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri çıxışında sırf qanunvericilik müstəvisindəki əməkdaşlığın əhəmiyyətinə önəm verib və bu baxımdan azərbaycanlı həmkarının fikirlərini bölüşdüyünü deyib.

Nümayəndə heyətinin üzvləri Azərbaycan Xarici İşlər Nazirliyində nazir müavini Ramiz Həsənovla görüşüblər. Görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın hazırkı dinamikasını əks etdirən məqamlara toxunulub. Regional əməkdaşlıq platformasının Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əbədilik təminatı olduğuna diqqət yetirilib.

Gürcüstanın parlament təmsilçilərindən ibarət nümayəndə heyəti üzvlərinin bu gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüblər. Görüşdə Azərbaycan və Gürcüstanı birləşdirən tarixi dəyərlərin müasir beynəlxalq tərəfdaşlıq üçün etibarlı baza rolunu oynadığı vurğulanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb
16.08.2019
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI