Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6390

Digər sorğular

Şuşada erməninin 9 tankını məhv edən Milli Qəhrəman - Video

14:26  |    08 May 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin ermənilər tərəfindən işğalından 27 il ötür.

Axar.az xatırladır ki, 1992-ci il mayın 8-də Qarabağ cəbhəsinin erməni komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzalayıb və həmin gün də şəhər işğal edilib.

Əslində, ermənilərin Şuşa üzərinə hücumlarının icrasına aprelin 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, əməliyyatların daha da intensivləşməsinə zəmin yaratdı.

Şuşanın müdafiəsi xeyli çətinləşmişdi, lakin buna baxmayaraq, Azərbaycanın qəhrəman oğulları şəhər uğrunda son ana qədər vuruşurdu. Onlardan biri də Milli Qəhrəman Albert Aqarunov idi.

Tank komandiri Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilmişdi. Bu tankın komandiri Qagik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd etdiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qagik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan maşının kabinəsində məhv edilir.

Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını sıradan çıxarmağa nail olub. Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.

Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxan zaman erməni snayperinin gülləsinə tuş gəlib.

Bundan başqa o, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Albert Aqarunov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.

2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.

2010-cu ildə “Qarabağ qəhrəmanları” silsiləsindən onun haqda “Dostuma məktub” filmi, 2017-ci ildə isə “Yaşadığım torpaq” sənədli filmi çəkilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. 2016-cı ildə isə o, “Həzi Aslanov” ordeni ilə (ölümündən sonra) təltif edilib.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru "Megafon" Azərbaycan xalqından üzr istəyib
15.07.2019
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
15.07.2019
Cəbhədə nisbi sakitlikdir
14.07.2019
Cəbhədə nisbi sakitlik müşahidə olunub
13.07.2019
Mənim qəhrəmanım – Şəhid komandir Raquf Orucovun xanımı YAZIR