Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Dövlət Komitəsinin sədri Pirşağıda məcburi köçkünlərlə görüşüb

19:15  |    06 May 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum”, “Gilavar” sanatoriyası, “Qağayı” və “Gənc geoloqlar” düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Qaziler.az bildirir ki, Dövlət Komitəsinin sədri müvəqqəti yaşayış yerlərinə baxıb, buradakı vəziyyətlə tanış olub, məcburi köçkünlərin müraciətlərini dinləyib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların sosial problemlərinin həlli üçün məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın ayrı-ayrı bölgələrində məcburi köçkünlər üçün müasir tipli yeni qəsəbələr salınır. Hər il minlərlə məcburi köçkün həmin qəsəbələrdəki tam təmirli mənzilərə, evlərə köçürülür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğı göstərir.

Görüş iştirakçılarına izah edilib ki, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan və uzun illərdir ağır şəraitdə yaşayan məcburi köçkünlər paytaxtın ərazisində inşa edilən yaşayış komplekslərində yeni mənzillərə mərhələli şəkildə köçürülürlər. Hazırda Qaradağ və Pirallahı rayonları ərazilərində belə komplekslərin inşası davam etdirilir. Bu il Ramana qəsəbəsində yeni kompleksin inşasına başlanması nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.08.2019
Füzuli rayonunun mərkəzində qaz təminatı müvəqqəti dayandırılıb
19.08.2019
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19.08.2019
“Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
17.08.2019
Şirvanda məcburi köçkünlər üçün yeni qəsəbə salınır
24.07.2019
Nazir 6 ayda 450 vətəndaşı fərdi qaydada qəbul edib