Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6433

Digər sorğular

Türkiyənin Fransadakı səfiri: "Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti yoxdur"

18:20  |    04 May 2019  |   E-mail  |  Çapa göndər


"Baş nazir Nikol Paşinyanın Ermənistanın Türkiyə ilə əlaqələri bərpa etməyə, münasibətləri normallaşdırmağa hazır olması ilə bağlı səsləndirdiyi fikirlər reallığa bənzəmir və arxasında ciddi niyyət yoxdur".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa bildirib.

Diplomat deyib ki, əslində, sözdə deyilənləri əməldə də göstərmək vacibdir: "Bunlar yalnız sözdədir, lakin əməldə də özünü göstərməlidir. Təbii ki, başlıca problem Ermənistanın qondarma "erməni soyqırımı"nı tanıtmaq cəhdləridir. Biz ermənilərin iddialarının araşdırılması, arxivlərin açılması üçün çox səylər göstərdik, təkliflərimizi bildirdik. Bu, Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə baş nazir olduğu dövrə təsadüf edir. Həmin vaxt Ermənistanın prezidenti Robert Koçaryan idi. 1915-ci ildə baş verənləri qırğın, fəlakət adlandıra bilərik, lakin onlar buna "soyqırım" demək istəyirlər. Əslində, bunu uşağa ad vermək üstündə razılığa gələ bilməməyə də bənzətmək olar. Biz bu məqsədlə türk, erməni və xarici ekspertlərdən ibarət komissiya yaradılmasını təklif etmişdik və həmin qurumun gələcəyi yekun nəticələri qəbul etməyə hazır idik. Bu təklif bu gün də qüvvədədir. Ancaq bu təklifimizə müsbət cavab ala bilmədik. Bu gün Nikol Paşinyan Ermənistanın Türkiyə ilə əlaqələri bərpa etməyə hazır olduğunu desə də, bu, reallığa bənzəmir".

Qeyd edək ki, N.Paşinyan bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı Ermənistanın Gürcüstan və İranla münasibətlərinin yaxşı olduğunu söyləyib: "Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Azərbaycan ilə münasibətlərimizin yoluna düşməsini gözləyir. Bizim isə Türkiyəyə münasibətdə heç bir şərtimiz yoxdur və münasibətlərin bərpa olunmasına hazırıq. Biz qonşu dövlətlərlə münasibətlərimizi yalnız sülh şəraitində qurmaq niyyətindəyik".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb
16.08.2019
Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI