Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6390

Digər sorğular

Misir Mərdanov Əli İnsanova: "Döydüyün, söydüyün insanlarla bir yerdə necə iş aparacaqsan?"

19:37  |    03 May 2019  |   E-mail  |  Çapa göndər


Keçmiş təhsil naziri Misir Mərdanov eks-səhiyyə naziri Əli İnsanova müraciət edib.

ONA-nın məlumatına görə, M.Mərdanov videomüraciətində Ə.İnsanova bəzi suallar ünvanlayıb: "Vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla necə bir yerdə yığışıb, məsləhətləşib iş aparacaqsan? Əli İnsanov, onda camaatın nifrətinin qarşısında dayana biləcəksənmi?"

M. Mərdanov sabiq naziri tutduğu yoldan geri çəkilməyə çağırıb: "Neçə ki, gec deyil, bu yaramaz əməllərindən geri çəkilməyin lazımdır. 73 yaşında olan bir insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Təzədən sən gəlib aktiv, fəal siyasətə qoşula bilmərsən. Qoşulsan da, heç bir şey edə bilmərsən. Mən səni başa düşə bilmirəm. Sən əgər normal adam olsaydın, həbsdən cənab Prezidentin humanistliyi ilə azad olunandan sonra sənə vaxtilə çörək vermiş, zirvələrə qaldırmış, səni nazir etmiş Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərdin. Onun qarşısında diz çöküb deyərdin ki, məni bağışla , səhv etmişəm, üzr istəyirəm. Onda camaat səni başa düşərdi”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2019
Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib
15.07.2019
Cahangir Hacıyevin vəsatətləri təmin olunmayıb
15.07.2019
Etibar Pirverdiyev bahalı atlarını satdı... - gündə 300 manat xərcləyirmiş
15.07.2019
Sabahın hava proqnozu açıqlanıb
15.07.2019
Şəki Xan Sarayına giriş bir müddət bağlı olacaq