Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6879

Digər sorğular

Bakıda həkim narkotacir saxlanılıb

15:33  |    29 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Qaziler.az bildirir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, idarəyə Bakı şəhər sakini Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsirdici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

A.Niftəliyev ifadəsində qeyd edib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb. Qeyd edək ki, saxlanılan şəxs ixtisasca diş həkimidir. A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, əsl peşəsinə uyğun olan “doktor” ləqəbindən istifadə edirmiş.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2020
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
23.05.2020
Tibbi maska və əlcəklərlə bağlı qərara dəyişiklik edildi
21.05.2020
Xalq artistinə yüksək vəzifə verildi - FOTO
21.05.2020
May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
20.05.2020
ABŞ Azərbaycana vəsait ayırdı