Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6439

Digər sorğular

Nəriman Abbasov titul döyüşündə Qazaxıstan idmançısını məğlub edib

10:45  |    27 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan əsilli qaydasız döyüş ustası Nəriman Abbasov Rusiyada keçirilən "Fight Night Global" kəməri uğrunda döyüşdə qələbə qazanıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, 70,3 kq çəki dərəcəsində çıxış edən WMMAF versiyası üzrə 4 qat MMA çempionu Nəriman Abbasov Moskva vilayətinin Mıtişi şəhərində qazaxıstanlı APFC çempionu Kuat Həmidovla qarşılaşıb.

Mıtışi arenada keçirilən titul döyüşü 5 raund davam edib. İlk raundlarda idmançılar eyni səviyyədə mübarizə aparsalar da, sonradan Abbasov üstünlüyü ələ alıb. Döyüşün sonunda isə hakimlərin yekdil qərarı ilə azərbaycanlı döyüşçü qələbə qazanıb.

Bununla da, Nəriman Abbasov yüngül çəkidə "Fight Night Global" tituluna və kəmərinə yiyələnib.

Qələbədən sonra "Report"un Rusiya bürosuna açıqlama verən Nəriman Abbasov bunları deyib:

"Görüş gözlədiyimdən gərgin keçdi. Amma qələbə bizim oldu. Mən məşqçim Şəhriyar Abbasova təşəkkür edirəm. Məni dəstəkləyən hər kəsə minnətdaram".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
17.07.2019
"Qarabağ" növbəti mərhələdə - Çempionlar Liqası