Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyi ilə bağlı tədbir keçirilib

15:31  |    25 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.

ONA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.

Daha sonra iştirakçılar A. Aqarunovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanların əziz xatirəsini bir dədiqəlik sükutla yad ediblər. Milli Qəhrəman haqqında film nümayiş olunub.

Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Albert Aqarunov hafizəmizə köçən qəhrəmanlardan biridir: "Albert çox sadə oğlan idi , Azərbaycan ailələri ilə birgə böyümüşdü, onu savaşa getməyə heç kim məcbur etməyib. O, bizim oğlumuzdur, bizim torpağın uğrunda qurban gedib".

Anım mərasimində iştirak edən Milli Qəhrəmanın qardaşı Rançik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

"Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın qüruru” Qızıl Ordeni jurnalın baş redaktoru Emil Nəsirli tərəfindən Milli qəhrəmanın qardaşı Rançik Aqarunova təqdim olunub.

İqdırda Beynəlxalq Qondarma Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksel Gülbey çıxış edərək bildirib ki, belə milli qəhrəmanlar unudulmamalıdır: "Ümumiyyətlə, vətənin bütövlüyü uğrunda mübarizə aparan qəhrəmanları türk milləti heç vaxt unutmayıb. İsrail qondarma erməni soyqırımını tanımayan ölkələrdəndir. Yanımızda olduğu üçün biz İsrailə minnətdarıq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.08.2019
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...
23.08.2019
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23.08.2019
Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”
23.08.2019
750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub