Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

“Gənc DOST” proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar

22:27  |    23 Aprel 2019  |   E-mail  |  Çapa göndər


“DOST” mərkəzlərində gənclərin könüllü iştirakının təmin olunması bu mərkəzlərin fəaliyyətində mühüm yer tutacaq.

“Gənc DOST” proqramına qoşularaq bu mərkəzlərdə öz dəstəyini göstərəcək könüllülər həm də “sosial agent”, “sosial işçi” kimi hazırlanacaq və açılan növbəti mərkəzlərdə işə qəbul olunacaqlar.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, “DOST mərkəzləri” əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli xidmətlər göstərəcək. Bu xidmətlərin vətəndaşlara əlçatanlığ təmin ediləcək. “DOST” mərkəzlərinə müraciət edəcək vətəndaşlar isə əsasən xüsusi qayğıya, köməyə ehtiyac duyan insanlar olacaqlar. “DOST” könüllüləri onları istiqamətləndirəcək, xidmətlər, prosedurlar, qaydalar və s. barədə məlumatlar verəcək, lazım gəldikdə ərizə və anketlərin yazılmasında yardım edəcəklər.

S.Babayev ali təhsil müəssisələrində “sosial işçi” ixtisasına yiyələnən gənclərdən də “DOST” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb edilənlərin olduğunu deyib. Bildirib ki, mərkəzlərdə könüllük fəaliyyəti ilə onlar həm də öz ixtisasları üzrə təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Nazirliyin təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub
17.07.2019
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
16.07.2019
Qeyri-qanuni olaraq işdən azad edilən 77 işçi əvvəlki işinə bərpa olunub
16.07.2019
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü
16.07.2019
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib