Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib

20:04  |    22 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq mərkəzlərinin müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, Xidmətin Regional Peşə Tədris Mərkəzlərinin, həmçinin Təhsil Nazirliyinin peşə təhsili müəssisələrinin müəllimlərinin iştirakı ilə peşə təlimində modul tipli yanaşmanın tətbiqinə dair təlim keçirilib.

Qaziler.az bildirir ki, təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” regional proqramının dəstəyi ilə təşkil edilib.

Beş gün davam edən təlimdə iştirakçılara kənd təsərrüfatı üzrə “İstixana operatoru” və “İntensiv bağçılıq üzrə işçi” ixtisaslarının tədrisi üçün hazırlanmış səriştə əsaslı kurikulum və təlim modullarının tətbiqinə dair metodologiya öyrədilib. Həmin kurikulum və təlim modulları üzrə hazırlanmış təlim materialları gələcəkdə məşğulluq orqanları tərəfindən işaxtaran və işsizlər şəxslər üçün təşkil olunacaq peşə hazırlığı prosesində istifadə olunacaq.

Yekunda iştirakçılara təlim kursunu bitirmələri barədə sertifikatlar verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Nazirliyin təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub
17.07.2019
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
16.07.2019
Qeyri-qanuni olaraq işdən azad edilən 77 işçi əvvəlki işinə bərpa olunub
16.07.2019
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü
16.07.2019
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib