Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

Şəhid cənazəsində Kılıçdaroğluna hücum edildi - VİDEO

16:27  |    21 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Türkiyənin ana müxalifət gücü, Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu bu gün paytaxt Ankaranın Çubuk rayonunda qatıldığı cənazə mərasimində hücuma məruz qalıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlu dünən Hakkari vilayətində, İraqla sərhəddə PKK terror təşkilatının şəhid etdiyi 4 əsgərdən biri, professional əsgər Yener Kırıkçının dəfn mərasiminə qatılıbmış.

Cənazə namazının qılınmasından dərhal sonra bir qrup şəxs CHP sədrinə əvvəlcə sözlə etiraz edib, daha sonra isə onu vurmağa cəhd edib.

Kılıçdaroğlu polis və jandarmanın köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb və dəfn mərasiminə yaxın bir evə götürülüb.
Burada polis evin ətrafındakı qəzəbli kütləni dağıtmaq üçün tədbirlər görüb.

Ankara valililyi isə hadisə ilə bağlı cinayət işinin başlandığını və günhakar şəxslərin tapılıb cəzalandırılacağını bəyan edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.08.2019
Ərdoğan: “Qərbin bizi təhdidinə baxmadan...”
24.08.2019
Trampın bu tviti birjaları alt-üst etdi: Bakıya təsiri... - Ekspert
24.08.2019
Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri edir
24.08.2019
Türkiyə "Pəncə- 3" əməliyyatına başladı
24.08.2019
Türkiyə Osmanlı xəyallarını kənara qoysun - Suriyalı deputat