Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Kənd həkimləri kommunal xərclərdən azad oluna bilər

11:48  |    20 Aprel 2019  |   E-mail  |  Çapa göndər


"Rayonlarda, ucqar kəndlərdə həkimlərin işləməsi üçün stimullaşdırıcı tədbirlərin tətbiq olunması ilə bağlı yenidən məsələ qaldırılıb"

Bu barədə Azvision.az -a açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini deyib ki, stimullaşdırıcı tədbirlər ucqar kəndlərdə, rayonlarda həkimlərin işləməsi üçün vacibdir.

"Bölgələrdə işləyən həkimlərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Bundan əvvəl bir neçə illik proqram mövcud idi. Yenə məsələ qaldırılıb. Yəqin ki, baxılacaq. Həkimlər üçün stimullaşdırıcı tədbirlər olmalıdır ki, onların rayonlarda, ucqar kəndlərdə işləməyə marağı olsun. Bu, bir neçə istiqamətdə ola bilər: əmək haqqının artırılması, kommunal xidmətlərdən azad olunma və s. Başqa ölkələrdə bu cür təcrübə mövcuddur".

E.Ağayev qeyd edib ki, rayonlarda, ucqar kəndlərdə həkim çatışmazlığı həmişə olub və bu gün də var: "Hazırda Azərbaycanda həkim və orta tibb işçilərinin sayı dünya statistikasına uyğundur. Belə ki, 10 min əhaliyə düşən həkimlərin sayı 34 rəqəmi ilə ölçülür ki, bu da dünyanın aparıcı ölkələrində də belədir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
Əsnəmə nə zaman təhlükəli simptom sayıla bilər?
18.08.2019
Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
17.08.2019
Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti – Azərbaycanda da geniş yayılıb
17.08.2019
Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqlar - Siyahı
15.08.2019
Əncirin inanılmaz faydaları