Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6390

Digər sorğular

“Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” – Ankara

21:44  |    17 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Rəsmi Türkiyənin NATO-ya üzvlüyünün sual altına qoyulmasına heç zaman icazə verməyəcək.

Azvision.az xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Anadolu agentliyinə müsahibəsində bu cür bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması və ya “F-35” qırıcı təyyarələrinin istehsalı proqramı kontekstində kimlərinsə Türkiyənin NATO-dan kənarlaşdırılması məsələsini müzakirəyə çıxarması qəbuledilməzdir.

“Türkiyə NATO-nun tamhüquqlu üzvüdür və alyansın istənilən qərarlarının qəbulunda səs vermək hüququna malikdir. NATO-nun üzvü kimi Türkiyə bundan sonra da alyansdakı mövqelərini gücləndirəcək. Hazırda Ankara ilə Vaşinqtonun münasibətlərində bir çox məsələlərlə bağlı fikir ayrılıqlarına görə çətin dövr yaşanır. Bu, təkcə “S-400” barədə müqavilə və ya “F-35” təyyarələrinin tədarükü ilə əlaqədar deyil. Tərəflərin mövqeyi Suriyadakı münaqişənin nizamlanması və Fətullah Gülənin terrorçu cərəyanları ilə mübarizə məsələlərində də fərqlənir. Ölkələrimiz arasındakı dialoqda başlıca problemlər Vaşinqtonun YPG/PKK terrorçularını dəstəkləməsi və Gülənin Türkiyəyə təhvil verilməsi prosesinin uzadılması ilə bağlıdır” – Kalın vurğulayıb.

Ərdoğanın sözçüsü onu da bildirib ki, Türkiyə çoxvektorlu xarici siyasət kursu yürüdür və NATO-ya daxil olmayan ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır: “Türkiyə üçün Rusiya ilə münasibətlər ABŞ və ya Avropa İttifaqı ilə dialoqa alternativ deyil. Necə ki, Qərblə münasibətləırimiz də Rusiya ilə əlaqələrimizə alternativ deyil.”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2019
Suriyada rus əsgərləri ilə İran ordusu arasında silahlı qarşıdurma - Ölü və yaralılar var
15.07.2019
Suriyada rus əsgərləri ilə İran ordusu arasında silahlı qarşıdurma - Ölü və yaralılar var
15.07.2019
Jirinovskinin Türkiyə ilə bağlı şok proqnozu reallaşır
15.07.2019
ABŞ və Türkiyə S-400-lə bağlı razılığa gələcək - Morozov
14.07.2019
NATO sevinsin, S-500 də istehsal edəcəyik - Ərdoğan