Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

Azərbaycanla Belarus traktor istehsal edəcək - Türkiyədə

22:31  |    16 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Türkiyənin Krıkkale şəhərində tikilən Belarus traktorlarının yığım müəssisəsinin bu ilin iyul ayında fəaliyyətə başlaması nəzərdə tutulur.

Sözügedən müəssisə Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində inşa olunur. Belə ki, hər iki tərəfin iştirakı ilə ekoloji standartlar baxımından sərtliyi ilə seçilən Türkiyə bazarı üçün “Belarus-1221” modelinin “Euro4” standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb.

Bu barədə jurnalistlərə MTZ-nın Baş direktoru Fedor Domotenko məlumat verib. O, Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq sayəsində Krıkkaledəki müəssisənin təkcə bir korpusunun inşasında, təqribən, 1 milyon ABŞ dolları qənaət etdiklərini diqqətə çatdırıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli və Belarus Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyəti inşaat işləri ilə tanış olub.

Bu il 100 ədəd, gələn il 200 ədəd, sonrakı dövrdə illik 1000-dək traktor istehsal etməyi hədəflədiklərini qeyd edən MTZ-ın Baş direktoru deyib ki, kadrlar olsa, müəssisədə ildə 3000-dək traktor yığmağın mümkündür: "Belə ki, yerli mütəxəssislərə Minsk Traktor Zavodunun və Gəncə Avtomobil Zavodunun əməkdaşları təlim keçəcəklər./report/
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Makronun arvadının qolu çıxdı
15.08.2019
Gürcüstanın Azərbaycana 7 milyon 269 min ABŞ dolları borcu var
14.08.2019
Elman Rüstəmov dünya mərkəzi bank sədrləri arasında ikincilərdən olub
07.07.2019
Dövriyyədə saxta 100 manatlıq var - Saxta pulları necə müəyyən etmək olar? - VİDEO
05.07.2019
Səddam Hüseynə ölüm hökmü oxuyan hakim öldü