Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6443

Digər sorğular

Fədayə Laçının məhkəməsində sabiq tabor komandiri ifadə verib

18:30  |    15 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

ONA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Konvoy Taborunun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib: "Mən 21 il vətənimə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm".

B. Abdullayev qeyd edib ki, Fədayə Laçının "Qoca" ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib: "Mənim Etibarla bağlı hər zaman kinim olub. O, 1998-ci ildə "moleletka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə məni mütəşəkkil dəstənin başçısı kimi təqdim etmələri yandırır. Komandir kimi həbs edə bilərdilər. Amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.08.2019
Elçibəyin köməkçisi onun ölümü ilə bağlı yeni sensasion faktlar açıqladı
22.08.2019
KÖHNƏ KIŞI
22.08.2019
Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədədir – həm də 95 yaşında...
22.08.2019
Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub - RƏSMİ AÇIQLAMA
21.08.2019
Şəhid qızı Orxanın təhsil haqqını ödədi - FOTO