Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6433

Digər sorğular

Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başladı

16:36  |    15 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu tərəfindən Gənclərin Məşğulluğu Proqramına start verilib.

Qaziler.az bildirir ki, bununla əlaqədar keçirilən mətbuat konfransında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkə gənclərinin hərtərəfli inkişafına şərait yaradılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. F.Cəfərov Fondun bu sahədə gördüyü işlər sırasında gənclərin məşğulluğunun dəstəklənməsinin mühüm yer tutduğunu, hazırda başlanan Gənclərin Məşğulluğu Proqramının qeyd olunan istiqamətdə növbəti addım olduğunu qeyd edib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətində gənclərin məşğulluğunun təmin edilməsinin mühüm yer tutduğunu bildirib. O, gənclərlə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərindən bəhs edib, yeni icrasına başlanan proqramın gənclərin əmək bazarına inteqrasiyasında önəmli rola malik olacağını diqqətə çatdırıb.

Mətbuat konfransında qeyd olunub ki, Gənclərin Məşğulluğu Proqramının məqsədi gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir.

Ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunları Proqram çərçivəsində işə cəlb olunacaqlar. Onlarla minimum 1 illik əmək müqaviləsi bağlanacaq və müəyyən müddətə əmək haqqının bir qismi Fond tərəfindən maliyyələşdiriləcək. Gənclər üçün Gənclər Fondu və Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da yaradılıb.

Proqramın icrası zamanı sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara, iş təcrübəsi olmayanlara üstünlük veriləcək. Proqrama ilk qəbul 15 aprel-30 may tarixlərini əhatə edəcək. Proqrama müraciət edən gənclərdən iş tapılmasında çətinlik yaranan şəxslər olduqda, onların siyahısı Fond tərəfindən tərtib edilərək Dövlət Məşğulluq Xidmətinə təqdim olunacaq və Xidmət tərəfindən onların məşğulluğu təmin ediləcək.

Proqramın icrası prosesi il boyu davam etdiriləcək, təklif olunan vakansiyalar mütəmadi olaraq, yenilənəcək. Həmçinin işə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq həyata keçiriləcək.
İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiya üzrə müraciətlərini göndərə bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Şirvanda məcburi köçkünlər üçün yeni qəsəbə salınır
24.07.2019
Nazir 6 ayda 450 vətəndaşı fərdi qaydada qəbul edib
23.07.2019
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciətlər artıb
23.07.2019
“Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub
22.07.2019
“Azəriqaz”-ın əməkdaşları “ASAN qatar” və “ASAN xidmət” avtobusları ilə hansı bölgələrdədir?