Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

“Judo Club 2012”nin samboçusu Avropa çempionatının bürünc medalına sahib oldu

17:52  |    13 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı start götürüb.

Qaziler.az bildirir ki, yarışda ölkəmizi 12 idmançı təmsil edir. Komandamız yeniyetmələr arasında 8, gənclərin yarışında isə 4 idmançı ilə mübarizə aparır.

Yığma komandamızın heyətində «Judo Club 2012»nin gənc samboçusu Vilayət Bayramov da yer alıb. Klubun yetirməsi qitə çempionatının ilk günündə ölkəmizə bürünc medal qazandırıb. Gənclər arasında yarışda 62 kq çəki dərəcəsində çıxış edən Vilayət Bayramov ilk görüşdə Fransa təmsilçisi üzərində qələbə qazanıb. Növbəti mərhələdə ukraynalı idmançıya məğlub olan samboçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. Samboçumuz ilk təsəlliverici görüşdə bolqarıstanlı idmançıya tam üstünlüklə qalib gəlib. Üçüncü yer uğrunda həlledici görüşdə isə Belarus idmançısı üzərində qələbə qazanan Vilayət Bayramov gənclər arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.

Sambo üzrə Avropa çempionatına aprelin 16-da yekun vurulacaq.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.06.2019
"Məğlubiyyətə görə xalqımızdan üzr istəyirik" - Şəhriyar Rəhimov
09.06.2019
Məşhur futbolçunun evi qarət olundu
08.06.2019
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
08.06.2019
Millimiz Macarıstana uduzdu
03.06.2019
"Azərbaycan millisinin müdafiə xəttini yarmaq çətindir"