Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

Güləşçimiz ermənini udub, 1/4 finala çıxdı

18:43  |    13 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Qol.az xəbər verir ki, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.

60 kq-da yarışan Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayıb. Bu mərhələdə polşalı David Andrey Ersetiçi 9:0 hesabı ilə məğlub edən həmyerlimiz 1/4 finala yüksəlib..

67 kq çəki dərəcəsində güləşən Kamran Məmmədov 1/8 final mərhələsində Danimarka idmançısı Fredrik Holmquist Byerrehuusla üz-üzə gəlib. 5:0 hesablı qələbə qazanan güləşçimiz 1/4 finala adlayıb. O, bu mərhələdə serbiyalı Mate Nemeslə qarşılaşacaq.

72 kq-da mübarizəyə təsnifat mərhələsindən start verən Ülvi Qənizadə ilk görüşünü Moldovadan Anatoli Popova qarşı keçirib və inamlı qələbə qazanıb - 9:0. İdmançımız 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə güləşəcək.

82 kq-da mübarizə aparan Rafiq Hüseynovun 1/8 finaldakı rəqibi macarıstanlı Peter Naqi olacaq.

Orxan Nuriyev də (97 kq) mübarizəyə 1/8 finaldan başlayıb. Güləşçimiz bu mərhələdə Ermənistan idmançısı Artur Şahinyanla qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən pəhləvanımız adını 1/4 finala yazdırıb. O, bu mərhələdə Bolqarıstandan Kiril Milenov Milevlə güləşəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.06.2019
"Məğlubiyyətə görə xalqımızdan üzr istəyirik" - Şəhriyar Rəhimov
09.06.2019
Məşhur futbolçunun evi qarət olundu
08.06.2019
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
08.06.2019
Millimiz Macarıstana uduzdu
03.06.2019
"Azərbaycan millisinin müdafiə xəttini yarmaq çətindir"