Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Moskvada yaşayan azərbaycanlılar: "Erməni soyqırımı"nı tanıyanlara cavab olaraq Türkiyə və Azərbaycan..."

15:40  |    13 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Təklif edirik ki, Türkiyə və Azərbaycan respublikaları Fransanın Əlcəzairdə və Ruandada, eləcə də İtaliyanın Balkan ölkələrində, Liviya və Şərqi Afrika ölkələrində törətdikləri qətliamlara hüquqi qiymət verib soyqırım kimi tanısın.

Qaziler.az bildirir ki, bu sözləri Dünya Azərbaycanlıları Assambleyasının sədr müavini və Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin sədri Nicat İlyasov deyib.

"Ötən gün daha bir Avropa dövləti - "demokratiya havadarı" Italiyanın Nümayəndələr palatası qondarma "erməni soyqırımı"nı tanıma təşəbbüsünü qəbul edib.

Bununla kifayətlənməyərək beynəlxalq aləmi bu soyqırımı tanımağa çağırıb. Bunun ardınca isə Fransa prezidenti Emmanuel Makron ölkəsində 24 apreli erməni soyqırımı anma günü elan edib. Beləliklə də bir zamanlar ona dəstək olmuş Fransa Erməni Təşkilatları Şurasına verdiyi sözə əməl edərək onlara sadiqlik nümayiş etdirib. Özlərini bu şəkildə dünya xalqlarının, əsasən də ermənilərin "haqq, ədalət mübarizəsi"nə həsr etmiş bu iki dövlətin məqsədlərinin nə olduğunu ayırd etmək üçün çox uzağa deyil, sadəcə XX əsrə nəzər salmağımız kifayət edər. Elə isə başlayaq demokratiya "beşiyi" Fransadan. Məhz Bu dövlətin "zehni" fəaliyyəti sayəsində XIX əsrin birinci yarısında "şovinizm"adlı termin meydana çıxıb.

"İkinci dərəcəli" millət və irqlər üzərində hökmranlıq etməli olan bir millətin milli müstəsnalığını təbliğ edən, ifrat millətçilik və xalqlar arasında ədavəti təbliğ edən şovinizm siyasəti və onun əsas icradarı Napoleon Bonapartın başçılığı ilə o zamankı Avropa və eləcə də Rusiya xalqları çox acı müsibətlər yaşamışlar. Fransanın bu işğalçılıq yürüşləri nəticəsində bir sıra Avropa xalqları öz dədə-baba yurdlarından didərgin düşmüşlər. Çar Rusiyası təəbəliyində olan Şimali Azərbaycan 1819-cu ildə alman qaçqınlarını qəbul edir və onlar üçün Şəmkir şəhəri yaxınlığında Helenendorf və Annenfeld adlı ilk iki yaşayış məskəni salınır. Sonrakı illərdə belə kəndlərin sayı daha da artacaqdı. Birinci Dünya Müharibəsinin yekununda qəbul edilmiş qərara əsasən Fransa və digər bu günün "demokratiya aşiqləri" öz imperialist siyasətlərini yeni "Mandat sistemi" adı ilə daha da canlandıraraq Asiya, Okeaniya, Afrika dövlətlərinin işğalını gerçəkləşdirir və sümürməyə davam edirlər.

Ikinci Dünya Müharibəsinin gedişində və sonrakı illərdə keçmiş müstəmləkələrinin azadlıq mübarizəsini boğmaq üçün 1945-ci ildə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən Fransa sözün əsl mənasında bir genosid törədir. 1994-cü ildə isə Ruandada iki yerli xalq-hutu və tutsilər arasında müharibə başlayanda hutuların hakimiyyətdə olduğu Ruanda hökumətinə hərbi yardım göstərərək radikal hutuların tutsilərin məhv etməsinə şərait yaradır, nəzarətdən çıxan bütün ultra-millətçilər 100 minlərlə tutsi insanı qətl edir qadınlarını zorlaylrlar. Nəticədə 1000000-ə yaxın tutsi, hutu eləcə də digər Ruanda vətəndaşları Fransanın genosid siyasətinin qurbanı olur. 1,5 milyon hutu isə tutsilərin intiqam alacağından qorxaraq ölkəni tərk edir. BMT bu qətliamı soyqırım kimi tanısa da "demorkatiya beşiyi" Fransa nə Əlcəzair, nə də Ruanda soyqrımlarını qəbul etmir. Bugünkü Kanada dövlətinin yerli xalqlarının yer üzündən silinməsində də Fransa dövlətinin çox böyük "əməyi"vardır. Və qısa da olsa xatırladaq ki, Fransa dövlətinin Afrika materikində hazırki Burkina Faso, Benin, Mavritaniya, Qabon, Qvineya, Kamerun, Madaqaskar, Niqer, Seneqal, Tunis, Mərkəzi Afrika Respublikası, Çad o cümlədən Okeaniya adalarında son bir neçə yüz ildə yerli əhaliyə qarşı apardığı işğalçı sömürgəçilik siyasəti XXI əsrdə də "demokratiya fədaisi" adı altında yenə qoruyub saxlamaqdadır.

O ki qaldı Italiya "demokratiyası"na, yenə yaxın keçmişə nəzər salaq. Italiya hər iki dünya müharibəsinin başlanılmasına səbəb olan dövlətlərdən biridir. Özünün işğalçılıq niyyətini gizlətmədən Roma imperiyasının bərpası xülyası ilə yaşayan Italiyanın dövlət başçısı olmuş Benito Mussolini hələ 1919-cü ildə özünün "fasci di combattimento" (mübarizə ittifaqı) adlı ifrat millətçi, irqi ayrı seçkilik nəzəriyyəsini təbliğ edən təşkilatını yaradır. Özlərini qısa olaraq "faşist" adlandıran təşkilat üzvləri 1922-ci ildə artıq ölkədə B.Mussolinin başçılığı ilə kəndli hökumətlərini qururlar. Aralıq dənizini daxili dənizə çevirmək üçün qonşu və bu dəniz sahillərində yer alan dövlətlərə açıq şəkildə ərazi iddiası irəli sürən faşistlər çox keçmir ki, İkinci Dünya Müharibəsinin başlanılmasına müttəfiqləri ilə bərabər şərait yaradırlar. Hələ XIX əsrin sonlarına yaxın Afrikanın şərq torpaqlarında, eləcə də Eritreyada işğalçı sömürgəçi siyasətə başlayan Italiya höküməti ötən əsrin 20-ci illərində MussolininİN birbaşa tapşırığı ilə Livanda milli-azadlıq hərəkatını boğmaq üçün 60 minə yaxın insan qətl edir. XXI yüzildə özünü məzlum xalqların himayədarı kimi göstərməyə çalışan bu dövlət, İkinci Dünya Müharibəsi dönəmində tarixdə görünməmiş vəhşiliklərə əl atır. Belə ki Liviyanı, Somalini, Tunisı, Misirin bir hissəsini, Şərqi Afrikanın bir çox ərazilərini, eləcə də Avropanın bir sıra regionlarını, həmçinin Korsika adasını, Balkan yarımadasını işğal edən Mussolini ordusu özlərinə faşist ideologiyasına yaraşacaq şəkildə yerli xalqlara divan tutur. Ölkələr talanır, insanları qarət olunur, on minlərlə insan öldürülür, qadınlar zorlanır. Faşistlərin zülmlərinə məruz qalmış Albaniya, Liviya və digər xalqlar çətin ki, bu əməlləri unudalar.

Mən hələ Almaniyanın, Amerikanın və digər "demokratiya keşikçiləri"nin əməllərindən danışmıram.

O zaman belə bir sual ortaya çıxır. Qərb bizlərdən - müsəlman, türk, şərq dünyasından nə istəyir? Doğrudanmı bütün dünyada demokratiyanın bərqərar olmasını arzulayırlar? Bu sual da yaranır: axı demokratiya özü nə deməkdir?

Demokratiya ( yun. demos - xalq və yun.kratos - hakimiyyət) cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayiş azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır.

Tarixdə quldarlıq quruluşlu bir cəmiyyətdə öz insanlarına zülm edib qullarını "daşınan alətlər" adlandıraraq qadınlarını söz sahibi olmayan əşya kimi satan, feodalizm dövründə kəndliləri istədikləri şəkildə aşağılayan, məhv edən, X əsrin sonundan etibarən XIII əsrədək guya Isa peyğəmbərin qəbrini azad etmək bəhanəsi ilə müsəlman ölkələrinə işğalçı yürüşlər edən, kapitalizm dövründə isə yenidən şərq xalqlarına hücum edən, onları qeyri-bərabər müqavilələrə-kapitulasiya bağlamağa məcbur edən, Amerika, Avstraliya materiklərini, Okeaniya adalarını zəbt edib yerli xalqlarının 90%-nı yer üzündən silən, Afrikanı işğal edərək yerli əhalisinın əksəriyyətini məhv edib böyük hissəsini qul kimi başqa materiklərə daşıyan, birinci və ikinci dünya müharibələrini törədən milyonlarla insanın məhv olmasında günahkar olmuş Qərb dünyasının bəzi "ədalətli" dövlətləri demokratiya hayındadırlarmı?
Düşünürəm ki, əsla!

Özlərində belə hələ tam formalaşmamış demokratiya əslində ənənəvi qərb imperializminin işğalçılıq siyasətinin XXI əsrdə, tanınmaması üçün üzünə taxdığı maskadır.

Mən şəxsən öz adımdan və həmçinin təmsil etdiyim Dünya Azərbaycanlıları Assambleyası, sədri olduğum Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin adından dünya dövlətlərinin Türkiyəyə qarşı yürütdükləri bu ikiüzlü siyasəti qəti şəkildə qınayıram. Bu kimi sözdə demokratiya carçısı, əslində isə imperializmi yaşadan, işğala və işğalçı dövlətlərə dəstək olanların əməlini pisləyirik, onları ədalətli mövqe tutmağa çağırırıq. Biz Dünya Azərbaycanlıları Assambleyası və Naro-fominsk Azərbaycanlıları Cəmiyyəti olaraq təklif edirik ki, Türkiyə və Azərbaycan respublikaları Fransanın Əlcəzairdə və Ruandada, eləcə də İtaliyanın Balkan ölkələrində, Liviya və Şərqi Afrika ölkələrində törətdikləri qətliamlara hüquqi qiymət verib soyqırım kimi tanısın. Dünya Azərbaycanlıları Assambleyası, eləcə də dünyada yaşayan bütün soydaşlarımız hər zaman Türkiyə və Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyir və bu yolda əlimizdən gələni əsirgəməməkdə qərarlıyıq".


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
IDEA və Ümumdünya Turizm Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
18.06.2019
Fuad Abbasov həbsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı - AUDİO
16.06.2019
Azərbaycan, Rusiya və İran prezidentləri avqustda Soçidə görüşəcək
14.06.2019
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş hərbçilər Azərbaycandan Türkiyəyə qayıdıblar - VİDEO
13.06.2019
Türkiyə və Azərbaycanın arasını kimlər və niyə vurmaq istəyir?