Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

Nazir Qəbələdə təsərrüfatlarla tanış oldu

20:28  |    12 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Ötən il həmin rayonda 93 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Qaziler.az bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış avtoservis-xidmət sahəsi və iki heyvandarlıq təsərrüfatı ilə tanış olublar.

Nazir proqram iştirakçıları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox insanı əhatə etdiyini, biznes-planlarını uğurla müdafiə edən 7267 nəfərin keçən il proqramın iştirakçısı olduğunu deyib. O, gələcəkdə də proqramın əhəmiyyətli genişləndiriləcəyini bildirib.

S.Babayev qeyd edib ki, vətəndaşların proqrama cəlb edilməsi işlərində daha həssas əhali qruplarına -əlilliyi olan şəxslərin, məcburi köçkünlərin, şəhid ailə üzvlərinin və b. üstünlük verilir. Qəbələ rayonunda hazırda baxış keçirilən, özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlardan elə birinin də sahibi şəhid ailəsi üzvüdür.

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesini qurmuş insanlar aztəminatlı ailələrin sahibkarlığa çıxışına şərait yaradıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ötən il Qəbələ rayonunda 93 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.06.2019
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib
13.06.2019
500 əlilə dayanıqlı biznesə yiyələnmək imkanı yaradılacaq
12.06.2019
“O söz Raqufun ürəyinə yaman dəymişdi...” – Şəhid xanımı ilə QIZ-QIZA
11.06.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 300 min manat ayrılıb- SƏRƏNCAM
11.06.2019
Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq