Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub

22:46  |    11 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə bu rayonda aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçiriblər.

Qaziler.az bildirir ki, yeni təsərrüfatların sahibləri ilə görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmalarına şərait yaratdığını bildirib. Nazir proqram iştirakçılarının bu imkandan düzgün və bacarıqla istifadə edərək, yeni yaradılmış təsərrüfatlarını genişləndirmək istiqamətində səylərini daim artıracaqlarına əmin olduğunu qeyd edib.

Proqram iştirakçıları göstərilən yüksək qayğıya, həmçinin aztəminatlı ailələrin kiçik biznesə sahib olmaları üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar öz təsərrüfatlarını inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.

Ağdaş rayonunda ötən il 66 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilərək, verilmiş aktivlər (mal və materiallar) hesabına kiçik ailə təsərrüfatlarını yaradıb. Onlardan 12 nəfəri əlilliyi olan şəxs, 3 nəfəri sağlamlıq imkanları məhdud uşaqları olan valideyn, 3 nəfəri müharibə veteranı, 2 nəfəri məcburi köçkün, 12 nəfəri gəncdir. Digər vətəndaşlar isə əsasən çoxuşaqllı ailələri olan vətəndaşlardır. Yaradılan təsərrüfatlardan böyük hissəsi heyvandarlıq üzrədir, qalanları isə istehsal və xidmət sahələri kimi formalaşıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.06.2019
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib
13.06.2019
500 əlilə dayanıqlı biznesə yiyələnmək imkanı yaradılacaq
12.06.2019
“O söz Raqufun ürəyinə yaman dəymişdi...” – Şəhid xanımı ilə QIZ-QIZA
11.06.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 300 min manat ayrılıb- SƏRƏNCAM
11.06.2019
Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq