Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Yanğından zərərçəkən 23 ailəyə dövlət tərəfindən kirayə pulu veriləcək

20:44  |    10 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla bağlı məlumat yayıb.

"Qaçqınkom"-un mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, aprelin 10-da Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın baş verib. Bu barədə xəbər alındıqdan dərhal sonra Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Komitəsinin sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsində, dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Daha 687 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
14.06.2019
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib
13.06.2019
500 əlilə dayanıqlı biznesə yiyələnmək imkanı yaradılacaq
12.06.2019
“O söz Raqufun ürəyinə yaman dəymişdi...” – Şəhid xanımı ilə QIZ-QIZA
11.06.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 300 min manat ayrılıb- SƏRƏNCAM