Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6439

Digər sorğular

Şəhriyar Məmmədyarov: "Qələbəyə həsrət qalmışam"

23:34  |    07 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində VII tura yekun vurulub.

"Report" xəbər verir ki, hesabat turunda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə oynayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mətbuat konfransında oyunu haqqında danışıb: "Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük. Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə də mənimlə razılaşmayacaq. Ümumiyyətlə Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı.

Şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış etdiyini vurğulayıb: "Səhv etmirəmsə beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdi. Qalib olmağa şansım yoxdu. Təəssüf sona iki tur qalmış liderdən çox aralı düşmüşəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
17.07.2019
"Qarabağ" növbəti mərhələdə - Çempionlar Liqası