Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

352 nəfər əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

13:15  |    04 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlər arasında həssas qruplara aid vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə xüsusi üstünlük verilir.

Qaziler.az bildirir ki, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla bu proqrama cəlb olunub. Onlardan artıq bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir.

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.

Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir.
Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Nazirliyin təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub
17.07.2019
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
16.07.2019
Qeyri-qanuni olaraq işdən azad edilən 77 işçi əvvəlki işinə bərpa olunub
16.07.2019
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü
16.07.2019
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib