Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Azərbaycan deputatlarının Vaşinqtonda sensasion bəyanatları: "Böyük islahatlar gəlir"

21:49  |    30 Mart 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan parlamentinin hakimiyyət düşərgəsindən olan üç deputatı bu həftə "hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstək” təmin etmək üçün Vaşinqtona səfər ediblər.

"Azərtac” və "Turan”ın Vaşinqton müxbirləri xəbər verir ki, Deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Və İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər.

"Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük”-Səməd Seyidov ötən gün martın 29-da Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib.

"Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik” adlı tədbir Vaşinqtonda mənzillənmiş Mərkəzi Asiya və Qafqaz İnstitutunun İpək Yolunu araşdırma Proqramı tərəfindən təşkil olunmuşdu. Tədbirin iştirakçıları arasında Avrasiya yəhudilərinə dəstək üzrə Milli koalisiyadan olan Bella Qoldşteyn və Lesli Vays da yer alırdı.

"Mən ümid edirəm ki, bu hələ başlanğıcdır və bu dayanıqlı inkişaf davam edəcək. Biz Azərbaycan nümayəndələri olaraq bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik” Səmədov əlavə edib. O, Azərbaycanda "daha böyük islahatlar” vəd edib. Lakin o hansı islahatlardan söhbət getdiyini və həmin islahatların nə zaman həyata keçiriləcəyini dəqiqləşdirməyib.

Tədbirin təşkilatçılarının sözlərinə görə Azərbaycan bu yaxınlarda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib.

Deputat Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün "islahatçılar” lazımdır. Onun sözlərinə görə, gənclər ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır. "Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır”-Mollazadə deyib.

Mollazadə və Seyidov AİPAC-ın illik siyasi konfransında da çıxış ediblər. "Turan”ın Vaşinqtondakı müxbirinə məlum olub ki, ola bilsin deputatların səfəri xarici işlər naziri Elmar Məmmədyarovu ABŞ-a rəsmi səfərini hazırlamaq məqsədi daşıyır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir