Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

Elçin Quliyev Ermənistanla sərhədə gedib, döyüş fəaliyyətini yoxlayıb

12:28  |    30 Mart 2019  |   E-mail  |  Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev martın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-nin Mətbuat Mərkəzindən ONA-ya verilən məlumata görə, səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilmiş, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub, burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirmiş, zabit və əsgərlərlə söhbət aparıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinləyib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmərinin rəisi və digər vəzifəli şəxsləri mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak edib, əsgərin valideynlərinə başsağlığı veriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı
22.10.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22.10.2019
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM
22.10.2019
Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb
22.10.2019
Milli Məclis deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği məlum olub