Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Dövlət Komitəsinin sədri yeni qəsəbədə məcburi köçkünlərlə görüşüb

15:49  |    29 Mart 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Abşeron rayonunda məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə olub.

Komitədən Qaziler.az-a bildirilib ki, Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Məcburi köçkünlər əvvəlcə, kollektiv şəkildə, daha sonra fərdi qaydada qəbul edilib. Müraciətlər, əsasən, isti su, təbii qazın verilişi, sərnişin nəqliyyatı və digər məsələlərlə əlaqədar olub. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən məcburi köçkünlərin qaldırdıqları digər məsələlərlə bağlı artıq işlər aparılıb.

Məlumat verilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə ötən il istifadəyə verilmiş bu yaşayış kompleksi 1000 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Müasir tələblər səviyyəsində inşa edilən binalarda mənzillər tam təmirlidir, qəsəbə zəruri infrastrukturla təchiz edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, buraya birinci növbədə Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində qəzalı bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüb.

Qeyd edilib ki, mənzillərə təbii qazın tam həcmdə verilməməsi köçürülmənin davam etməsi ilə əlaqədardır. Məcburi köçkün ailələrinin yerləşdirilməsi başa çatdıqdan sonra qəsəbə təbii qazla tam təchiz olunacaq.

Sərnişin nəqliyyatı şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən hazırda müvafiq qurumlara məktub ünvanlanıb və bu məsələ tezliklə həllini tapacaq.

Məcburi köçkünlərin görüşdə qaldırdıqları digər məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq