Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6951

Digər sorğular

Mehriban Əliyeva şəhid zabitin ailəsinə mənzil verdi

14:36  |    29 Mart 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib.

Virtualaz.org xəbər verir ki, Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

Məlum olub ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə alınıb. Bu məsələ geniş ictimai rezonans və oliqarxa qarşı haqlı hiddət yaradıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.07.2020
Azərbaycan ordusunda koronavirusa yoluxma varmı? - AÇIQLAMA
10.07.2020
Nazirlik: Poliklinikalara müraciət telefon vasitəsi ilə olmalıdır
10.07.2020
Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama
10.07.2020
Çimərliklərin açılmamasının səbəbi açıqlanıb
10.07.2020
Məmmədyarovun XİN-dəki əsas adamı tutuldu - Məhkəmə həbs qətimkan tədbiri seçdi