Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

İş adamı “Şərurlu İsfəndiyar” Aprel şəhidinin aliəsinə qalib gəldi - Məhkəmədən HAQSIZLIQ

11:30  |    29 Mart 2019  |   E-mail  |  Çapa göndər


Ali Baş Komandan, prezident İlham Əliyevin verdiyi son sərəncamlardan biri də məhkəmə-hüquq sistemində islahatlar aparılması ilə bağlıdır.

Hamı bilir ki, məhkəmələrimiz rüşvət yuvasıdır, hətta həbsxanadan əfvə düşən adamlardan da pul alıb, sonra adlarını siyahıya yazırlar. Bunu vicdanı olmayan bəzi hakimlər və vicdanını itirən bəzi ədliyyə məmurları edirlər.

Bu gün də Ali Məhkməyə kassasiya şikayəti verən aprel şəhidimiz, polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb. Qanunsuz qərarın çıxarılmasına isə iş adamı "Şərurlu İsfəndiyar" sifariş verib. Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran” MMC-nin işçiləri fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini “Şərurlu İsfəndiyar” alıb. Və əlavə 5 mərtəbə də tikib. Sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir.

Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. “Şərurlu İsfəndiyar” isə dayanmayıb...

Sənan şəhid olandan sonra “Şərurlu İsfəndiyar” onun ailəsini məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

Yeni tərkibli hakimlər belə qərar çılxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran” MMC verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan digər adamlar da var.

Həm də ki, bina sakinlərinin hamısı “Kamran” MMC dən aldıqları sənədləri, “Şərurulu İsfəndiyar”ın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər.

Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binada özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın qoçuları isə bu otaqları vurub-uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindrməyib.

Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən "Şərurlu İsfəndiyar”ın xətri inciməsin deyə, onun xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetirlik yeri əllərindən aldı.

Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetirlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu sizin ədalətiniz? Budurmu məhkəmə islahatlarına gedən proseslərin ilk işartısı? Canını vətən yolunda qurban verən şəhidin 2 yetiminə düşən 50 kvadratmetirlik sahəsini necə yeyəcəksiniz? Bəlkə unutmusunuz ki, Qarabağ uğrunda döyüşə gedən insanlar övladlarını, ailələrini dövlətə, Konstitusiyaya və qanuna həvalə edib gedirlər. Siz də onlar döyüşdüyünə görə isti kreslolarınızda rahat oturub bəzən qanunsuz qərarlara imza atırsınız.

Aida Eyvazlı
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir