Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Diplomatik korpus nümayəndələri ilə görüş olub

21:50  |    28 Mart 2019  |   E-mail  |  Çapa göndər


Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan
sosial islahatlar barədə məlumatlar verilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüş keçirilib.

Qaziler.az bildirir ki, görüşdə beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin rəhbər şəxsləri də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident cənab İlham Əliyevin sosial islahatlar proqramının milli əmək, məşğulluq, sosial müdafiə sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə imkan verdiyini deyib.

O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində aparılan işləri qeyd edib. S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə, vətəndaş məmnunluğunun artırılmasına şərait yaradır.

Nazir həmçinin 5 sentyabr 2018-ci il tarixli fərmanla ölkədə ilk sosial reyestr olan “e-sosial” internet portalının, “Məşğulluq” sisteminin və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin yaradıldığını bildirib, bu yeniliklər barədə dolğun məlumat verib. O, cari ilin əvvəlindən ölkəmizin sosial təminat sahəsində ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatına başlandığını, 01.07.2018-ci il tarixinə fərdi hesabında pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajının avtomatik olaraq hesablandığını, sosial təminat sisteminin digər komponentlərinin də avtomatlaşdırılması işlərinin aparıldığını deyib.

S.Babayev Prezident cənab İlham Əliyevin sosial islahatlar paketinin tərkib hissəsi kimi təkcə bu il imzalanan fərman və sərəncamların təqribən 3 milyona yaxın insanı əhatə edərək, onların rifahında müsbət dəyişikliklərə imkan yaratdığını qeyd edib. Nazir bildirib ki, imzalanan bu sənədlər sosial sahədə inqilabi xarakter daşıyan önəmli irəliləyişlərə səbəb olub. Minimum əməkhaqqının və minimum pensiyanın məbləği təxminən 40 faiz, 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. Minimum pensiya artımından sonra ölkəmiz MDB-də alıcılıq qabiliyyəti indeksi üzrə Qazaxıstanla ilk yeri bölüşür.
Nazir şəhid ailələrinin birdəfəlik ödəmələrlə, şəhid ailələri və müharibə əlillərinin mənzillərlə, müharibə əlillərinin avtomobillərlə təminatı sahəsində işlərin ildən-ilə gücləndiyini vurğulayıb. O bu sahələrdə atılan mühüm addımları, eləcə də problemli kreditlərin həlli və sosial müdafiə yönümlü digər mühüm tədbirləri diqqətə çatdırıb. S.Babayev əhalinin məşğulluq imkanlarının artırılması, özünüməşğulluq proqramının və ödənişli ictimai işlərin genişləndirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, layiqli əməyin təminatı və s. istiqamətlərdə aparılan işlər, ölkəmizin yeni Məşğulluq Strategiyası, onun 2030-cu ilədək dövr üzrə prioritetləri barədə məlumat verib. Sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə bərabər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımını ifadə edən göstəricilər, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin, əmək qanunvericiliyinə dövlət nəzarətinin təkmilləşdirilməsi sahələrində aparılan islahatlar, beynəlxalq qurumlarla birgə icra olunan layihələr qeyd olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatlarla çıxış ediblər.
Görüş iştirakçılarının əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara dair sualları cavablandırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir