Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Azərbaycanlılar dünyanın qəhrəmanıdır - Qürurlandıran video

21:18  |    25 Mart 2019  |   E-mail  |  Çapa göndər


Novruz bayramı günlərində İranın Türkmənsəhra bölgəsini sel bürüməsi və ölkə rəhbərliyinin bu məsələyə laqeyd qalması azərbaycanlı fəalları hərəkətə gətirib.

Axar.az xəbər verir ki, Güney Azərbaycanın əksər şəhərlərində yardım toplama mərkəzləri yaradılıb.

Dövlətin yüksək rütbəli şəxsləri bölgəyə getmədiyi bir vaxtda Ərdəbil şəhərindən birinci yardım karvanı sel bölgəsinə göndərilib və bu istiqamətdə fəaliyyətlər davam edir.

Azərbaycanlı fəallar oxşar mərkəzləri Marağa, Urmiya, Zəncan, Sulduz, Xoy, Quşçu, Mərənd, Yamçı, Maku, Qoşaçay, Şot, Məlikan və s. kimi şəhərlərdə yaradıblar.

Fəallarla yanaşı bir çox peşə adamları, o cümlədən idmançılar da yardım aksiyasına biganə yanaşmayıb. Güneyli idmançı Mustafa Quluzadә türkmәn soydaşlarımıza dәstәk çağrışı yayıb.

Artan yardımlar türkmənlərin güzəranına az da olsa təsirini göstərir.

***

Sel fəlakətinə uğramış və hökumətdən dəstək gözləyən türkmənlər aktiv fəaliyyətlərinə görə azərbaycanlılara təşəkkür edib:

“Azərbaycana atəşli salamlar! Siz tək türkün qəhrəmanı deyilsiniz, bütün dünyanın qəhrəmanısınız! Yaşasın Azərbaycan! Yaşasın Təbrizimiz! Yaşasın “Traktor”umuz! Yaşasın türklərimiz!”

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Simferopolda azərbaycanlı öz həmyerlisini qətlə yetirib - VİDEO
16.06.2019
Şırnaqda böyük əməliyyat: 8 terorçu məhv edildi
16.06.2019
Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR
16.06.2019
Məğlub olduq: Erməni lobbisi təşvişdə
16.06.2019
ABŞ-ın F-15C “Eagle” qırıcısı, yoxsa Rusiyanın Su-57 savaş təyyarəsi daha təhlükəli silahdır...