Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

Keçmiş döyüşçüdən prezidentə müraciət: "28 illik hərbi xidmətimdən sonra..."

10:44  |    24 Mart 2019  |   E-mail  |  Çapa göndər


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ,
ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVƏ.

BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVAYA

Binəqədi rayon, Biləcəri qəs., Natavan küç. 17, Ev-2,
mən.-26, Daxili Qoşunlarınhərbi hissəsinin zabit
yataqxanasında yaşayan
Nəsibov İntiqam Cərulla oğlu tərəfindən

MÜRACİƏT

Sizə müraciət edən, köməyə ehtiyacı olan bir hərbçi və keçmiş döyüşçüdür. Mən də Azərbaycan Respublikasının bir vətəndaşı kimi Sizi son ümid yeri bilib qapınızı döyürəm. Bilirəm ki, əlimizdən tuta biləcək yeganə şəxs Sizsiniz.

Hazırda Sizə müraciət etməyə məni vadar edən səbəb mənzil problemimdir. Nəzərinizə çatdırım ki, mən 1992-ci ildən Azərbyacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm. 1993-cü ildə Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə yaralanıb, kəllə-beyin travması almışam. İlkin olaraq Ağdərə rayonunda müəlicə aldıqdan sonra Daxili İşlər Nazirliyinin Hosbitalında müəlicəm davam etdirilib. Müalicə aldıqdan sonra DİN-in Daxili Qoşunlar 99-713 saylı hərbi hissəsində xidməti davam etdirmişəm. Hərbi xidmətdə 27 ildən artıq fasiləsiz xidmətim olmuşdur.

1997-ci ildə ailə qurmuşam. Bu nikahdan iki övladımız dünyaya gəlmişdir. Ailəmiz 4 nəfərdən ibarətdir. OğlumAli Hərbi Akademiyada kursantdır, hərbçi olmaq arzusun gerçəkləşdirmək üçün burada təhsil almağı seçmişdir. Qızım isə Bakıdakı liseylərdən birinin 11-ci sinif şagirdidir. Ailəmiz uzun illər kirayədə yaşayıb. 2014-cü ildə isə xidmət etdiyim hərbi hissəsinin zabitləri üçün olan binadan xidməti mənzil verilmişdir. Həmin tarixdən kirayələrdən xilas olub bu mənzildə yaşayırıq. Uzun illərdir ev növbəsində olduğumdan evlə təmin olunmağımı gözləyirdik. Lakin 45 yaşımın tamam olması ilə əlaqədar pensiyaya çıxmağımla bağlı bizə xidməti evi boşaltmaqla əlaqəli xəbərdarlıq edilmiş və martın 28-dək vaxt verilmişdir. Bunun qarşılığında isə bizi heç bir evlə təmin etmirlər. Evlə təmin olunmadan mənzili boşaltsaq o halda evsiz küçələrdə qalmağa məcbur olacağıq, çünki indi kirayədə qalmağa da imkanımız yoxdur. Hazırda sağlamlığımda ciddi problemlər olduğundan Hosbitalda müalicə olunuram. Əməliyyat olunmağıma ehtiyac var. Hərbidən tərxis olunmuşam və pensiya almağım hələ təmin edilməyib. Bir sözlə ailəmizi maddi cəhətdən təmin etməyə heç bir gəlir yerimiz yoxdu, nəinki kirayədə qalmaq. Yaşadığımız hazırki çətinliklər uzun illər hərbi xidmtə keçmiş biri kimi, məni olduqca çarəsiz və aciz vəziyyətə salır. Ailəmizin ev problemini həll edə bilmədiyimizdən övladlarımızın üzünə baxmağa utanırıq. Maddi vəziyyətimiz isə ev almağa imkan vermir.

Dövlətimizin bütün sahələrə olduğu kimi, müdafiə sahəsinə, bu sahədə çalışan şəxslərə diqqətini yüksək qiymətləndiririk. Ordu quruculuğu istqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Silahlı Qüvələrdə, Daxili Qoşunlarda xidmət edən hərbi qulluqçuların əmək haqqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə imkan yaradılmışdır.

Yuxarı orqanları yazdığımız müraciətlərdən sonra iki dəfə problemimizlə əlaqədar Daxili Qoşunların rəhbərliyində, general Fəxrəddin Səmədovun qəbulunda olduq. General nəinki bizə qalmaq üçün mənzil tapmaqda köməklik edilməsi və vaxt verilməsini təmin etmədi, əksinə, martın 28-də polisin və xüsusi təyinatlıların vasitəsilə evdən atılacağımızla bağlı xəbərdarlıq etdi və bildirdi ki, biz sizə heç bir köməklik edə bilmərik. Bütün bunlardan sonra belə qənaətə gəlirəm ki, mənim 28 illik hərbi xidmətim dövründə Azərbaycanın torpaqlarının müdafiəsi yolunda çəkdiyim əziyyətlər və sağlamlığımı itirməyimin heç bir dəyəri yox imiş. Biz ömrümüzü yelə vermişik, çünki bu qədər əziyyətdən sonra evsiz-eşiksiz qalmaq və dövlət tərəfindən heç bir dəstək görməməyin başqa adı yoxdur.

Sizin xeyirxahlığınızı, ədalətli olmağınızı göz önünə alaraq Sizin bizə dəstək və yardımçı olacağınıza inanıram. Sizdən, yuxarıda qeyd edilənləri nəzərə alıb ailəmizin mənzil probleminin həll edilməsi üçün müvafiq orqanlara tapşırıq verməyinizi xahiş edirəm. Ömrünün 28 ilini fasiləsiz Azərbaycan Respublikasının Daxili Qoşunlarına həsr etmiş bir hərbi qulluqçu kimi bizə də yardım əlinizi uzatmağınızı və yaşayışımızın yaxşılaşdırılması üçün mənzillə təmin edilməyimizi, yaşamaq üçün ev problemimizi həll edənədək xidməti mənzildə qalmağımıza müddətli icazə verilməsini Sizdən xahiş edirəm. Ümid edirəm ki, naəlac bir ailənin bu xahişini nəzərə alacaqsınız.

moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvandadır
14.06.2019
Seyid Camal Ramil Usubova təşəkkür etdi
14.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib
10.06.2019
SAMSUNDAN BAŞLANAN YOL
09.06.2019
İcra başçısının qardaşı xəstəxanada öldü