Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub - FOTO

17:49  |    20 Mart 2019  |   E-mail  |  Çapa göndər


Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Qaziler.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Bayram münasibəti ilə hərbi qulluqçuları təbrik edən Müdafiə naziri onlara sovqatları təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Tibb heyəti ilə görüşən Müdafiə naziri hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.
Görüşün sonunda Müdafiə nazirinin əmri ilə hospitalın rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Fuad Abbasov həbsxanadan vəkil Elman Paşayevə cavab verdi: "Vəkilim deyil"
18.06.2019
"Azercell" abunəçilərinə gələn xarici zənglərin səbəbi nədir?
18.06.2019
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM (YENİLƏNİB)
18.06.2019
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18.06.2019
MSK sədri və üzvlərinin vəzifə maaşları artırılıb - SİYAHI