Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

14:22  |    18 Mart 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, bu müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir. Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.

25 fevral 2019-cu il tarixli Sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq