Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6395

Digər sorğular

İrəvanın mərkəzində toqquşma: "Hanı Paşinyan?" - Video

15:12  |    14 Mart 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar.

İrəvan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 4 paytaxt sakini həbs edilib.

Axar.az xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub.

Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.

***

Kafe əməkdaşları obyektlərin söküldüyü Azadlıq meydanına qayıdıblar.

Nyus.am-ın məlumatına görə, əməkdaşlar “Siz kimsiniz? Siz əvvəlkilərdən nə ilə fərqlənirsiniz? Hanı hökumət başçısı?” deyə qışqırırlar.

Sökülən obyektlərin nümayəndələri merlə görüş tələb etsələr də, İrəvan meriyasından etirazçıların önünə heç kim çıxmayıb. Yalnız az öncə rayon İH-nin təmsilçisi etirazçılarla görüşə gəlib.

Son məlumata görə, aksiyada iştirak edənlərdən 16 nəfər "polisin qanuni tələbinə tabe olmama" maddəsi ilə saxlanılaraq, polis idarəsinə aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Türkiyədə üç terrorçu məhv edilib
17.07.2019
Tramp: ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaq
17.07.2019
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
16.07.2019
Nigeriyada 10 türk dənizçi girov götürülüb
16.07.2019
Ərdoğanla görüşdüm, mənə dedi ki... – Jirinovskidən şok