Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Füzulidə məktəblilərə gödəkçə və ayaqqabı paylanılıb

23:33  |    11 Mart 2019  |   E-mail  |  Çapa göndər


Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini gücləndirmək, rifahını yaxşılaşdırmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Onların mənzil-məişət şəraiti yaxşılaşdırılır, məşğulluq və sağlamlıq məsələləri daim diqqətdə saxlanılır.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva qaçqınlar və məcburi köçkünlərlə bağlı görülən işlərə öz töhfəsini verir, onların qayğısına qalır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu sahədə bir sıra sosial layihələr icra edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə rəhbərliyinin tapşırığını yerinə yetirərək Novruz bayramı ərəfəsində müəyyən humanitar aksiyalar təşkil edir. Belə ki, martın 11-də Füzuli rayonunda yaşayan məcburi köçkün ailələrdən olan məktəblilərə Dövlət Komitəsi tərəfindən gödəkçə və ayaqqabı paylanılıb.

Bu humanitar aksiya rayonun “Zoubucuq” və “Qayıdış” ərazilərində salınmış 16 qəsəbədə yerləşən məktəb və bağçaları əhatə edib. Məktəblilərə ümumilikdə 720 ədəd gödəkçə, uşaq bağçalarında tərbiyə alan balacalara isə 480 ədəd ayaqqabı paylanılıb.
Gödəkçə və ayaqqabılar Dövlət Komitəsinin Təchizat-istehsalat idarəsinin tərkibinə daxil olan Baza sənaye kombinatında hazırlanıb. Bütün işçiləri məcburi köçkünlərdən ibarət olan Baza sənaye kombinatında hazırda məktəbli formaları tikilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir - FOTOFAKT
28.05.2020
Prezident və xanımı “Qobu Park-3” yaşayış kompleksinin açılışında - FOTOLAR (YENİLƏNİB)
28.05.2020
Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO
28.05.2020
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək — AÇIQLAMA - VİDEO
28.05.2020
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 125 nəfər sağalıb