Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6883

Digər sorğular

Qənirə Paşayeva şəhid analarını və şəhid xanımlarını təbrik edib - FOTOLAR

22:14  |    11 Mart 2019  |   E-mail  |  Çapa göndər


Millət vəkili Qənirə Paşayeva şəhid analarını və şəhid xanımlarını 8 mart - Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib

Qaziler.az bildirir ki, millət vəkili Q.Paşayeva "Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyi və milli-mənəvi dəyərlərin təbliği fondunun təşkil etdiyi tədbirdə iştirak edib və çıxış edərək şəhid analarını və şəhid xanımlarını 8 mart - Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili çıxışının sonunda inşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib.

Şəhid ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda hər kəs birlikdə gələcək bayramlarımızı birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir - FOTOFAKT
28.05.2020
Prezident və xanımı “Qobu Park-3” yaşayış kompleksinin açılışında - FOTOLAR (YENİLƏNİB)
28.05.2020
Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO
28.05.2020
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək — AÇIQLAMA - VİDEO
28.05.2020
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 125 nəfər sağalıb