Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Azərbaycanı "Eurovision 2019"-da Çingiz Mustafayev təmsil edəcək

09:23  |    09 Mart 2019  |   E-mail  |  Çapa göndər


İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.

"Report" İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən xəbər verir ki, müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth” adlanan əsəri ilə çıxacaq.

"Etiraf edirəm ki, “Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə haqqındakı fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq" - deyə bəstəkar Borislav Milanov bildirib.

Qeyd edək ki, bəstəkarın mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib. "Truth" zəhərli sevgi münasibətindən bəhs edir. Burada həqiqətə yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir və qarşısındakı vəziyyəti qəbul etmək və ya sevgi illuziyasını dağıtmaq seçimi qarşısında qoyub.

"Eurovision 2019" mahnı müsabiqəsi üçün olduqca ciddi hazırlaşan Çingiz Mustafayev öz tərzinə dəyişiklik edərək flamenko və gitarasından da uzaqlaşıb.

Daha əvvəl İsraildə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsi üçün bilet satışı dayandırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Sehirli səsi ilə tarixə düşən dünya şöhrətli azərbaycanlı
14.08.2019
Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – PORTRET
24.07.2019
Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
22.07.2019
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"
18.07.2019
"Çölçü" ABŞ-da və İtaliyada ən yaxşı film seçildi