Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

Türkiyənin yeni hərbi attaşesi Azərbaycanın Müdafiə nazirinə təqdim olunub

21:42  |    07 Mart 2019  |   E-mail  |  Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 7-də Türkiyənın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

Səfir E.Özoral ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İsmayıl Hakkı Kösealini müdafiə nazirinə təqdim edib.

General-polkovnik Z.Həsənov yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Türkiyəli həkimlərdən Ərdoğana müraciət: “Azərbaycandakı qardaşlarımızla birgə...”
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama